Accessibility links

Suriyada atəşkəs qüvvəyə minsə də, qarşıdurmalar davam edir


Suriyada 4 günlük atəşkəs bu gün qüvvəyə minsə də, hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında qarşıdurmalar olub. Dəməşqdə uşaq meydançasında bomba partlayışı olub. Çoxsayda insanın həlak olduğu bildirilir.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, İdbil vilayətinin Vadi Əl-Daif hərbi bazası yaxınlığında döyüşlər müvəqqəti atəşkəsi pozub.
Fəallar Dəraa vilayətində tank və snayper hücumları nəticəsində 3 adamın yaralandığını, Dəməşq yaxınlığında isə 3 adamın həlak olduğu bildirir.

Bu arada, Suriya prezidenti Bəşar Əl-Əsəd televiziya ilə nümayiş etdirilib. O, Qurban bayramı münasibəti ilə təşkil edilən cümə namazı iştirkaçıları arasında görünüb.

Dünən Suriya hökuməti atəşkəsi qəbul etdiyini bildirsə də, terror hücumlarının cavabsız qalmayacağı barədə xəbərdarlıq vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG