Accessibility links

Türkiyə təhlükəsizliklə bağlı narahatlıqların artması ilə əlaqədar olaraq öz diplomatlarını Liviyada Benqazi şəhərindən çıxarıb və Türkiyə vətəndaşlarını ölkənin qərb bölgələrini tərk etməyə çağırıb. Bu haqda Türkiyə xarici işlər nazirliyinin açıqlamasından bildirilir.

Türkiyə Benqazidə diplomatik nümayəndəliyi olan az saylı ölkələrdən biridir. 2012-ci ildə islamçı yaraqlıların ABŞ-ın Benqazidə diplomatik missiyasına hücumu zamanı səfir də daxil olmaqla, beş Amerika diplomatı öldürülmüşdü.

Türkiyə xarici işlər nazirliyi Benqazidə missiyanın bağlı olduğu müddətdə türk diplomatlarının paytaxt Tripolidə işi davam etdirəcəyini bildirib.

Türkiyə bu addımı Benqazi şəhərinin 50 kilometrliyində yerləşən Barsis yoxlama məntəqəsində intiharçı bomba hücumundan sonra atıb. Partlayış zamanı intiharçı ölüb, altı nəfər yaralanıb.
XS
SM
MD
LG