Accessibility links

Türkiyə parlamenti hakim və prokurorların təyinatı və yoxlanması ilə məşğul olan şuraya nəzarət üçün hökumətə daha çox səlahiyyət verən qanunu qəbul edib.

Müxalifət deyir ki, bu qanun hakimliyin müstəqilliyini məhdudlaşdırır. Qanun qüvvəyə minməsi üçün onu prezident öz imzası ilə təsdiq etməlidir.

Dünən gecə yarı keçirilən sessiyada dava düşsə də, qanun qəbul olunub. Parlamentdə yaşanan insident zamanı parlamentin 2 üzvü xəsarət alıb.

Yaxın silahdaşlarına ciddi təsir edən korrupsiya qalmaqalı ilə mübarizə aparan baş nazir Rəcəb Tayyip Ərdoğan hökuməti bu qanunu təklif etmişdi.

Başlıca müxalifət partiyası (CHP) bildirib ki, parlament qəbul edəcəyi təqdirdə qanundan apellyasiya şikayəti veriləcək.
XS
SM
MD
LG