Accessibility links

Suriya-Türkiyə sərhədi yaxınlığında yaraqlılarla hökumət qüvvələri arasında gedən güclü döyüşlər zamanı Türkiyə Suriya qırıcı təyyarəsini vurub.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, Suriya təyyarəsi Türkiyənin hava məkanını pozub. Suriya Televiziyasının bildirdiyinə görə, təyyarə Suriya ərazisində üsyançıları təqib edirdi.

Suriyada bir hərbi mənbənin məlumatına görə, pilot xilas olmağa müvəffəq olub. Hərbi sözçü Türkiyənin bu addımını "açıq təcavüz" adlandırıb.

Cənab Ərdoğan Suriyaya xəbərdarlıq edib ki, Türkiyənin hava məkanı bir daha pozulsa, cavab ağır olacaq.

Suriya üsyançıları və hökumət qüvvələri 3 gündür Suriyanın Latakiya vilayərindəki Kasab sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçirmək uğrunda döyüşürlər.
XS
SM
MD
LG