Accessibility links

Türkiyə prezidenti Abdulla Gül qadağaya əməl etməyənlər arasındadır

Türkiyə bələdiyyə seçkilərinə bir neçə gün qalmış və hökümətin korrupsiya skandalı ilə üzləşdiyi bir vaxt Tvitter sosial şəbəkəsinə girişi əngəlləyib.

Türkiyədə sosial media istifadəçiləri hökumətin Tvitterə qadağa qanunundan yan keçir. Türkiyə prezidenti Abdulla Gül qadağaya əməl etməyənlər arasındadır. O, Tvitter hesabında hökumətin qərarı ilə razılaşmadığını yazıb.

Türkiyənin əsas müxalifət partiyası bildirib ki, məhkəmə qərarının sosial şəbəkə və mikrobloq səhifələrinə girişə qadağa qərarına qarşı hüquqi addımlar atacaq.

Cümhuriyyət Xalq Partiyasından verilən məlumata görə, onlar baş nazir Rəcəp Tayyip Ərdoğana qarşı şəxsi azadlıqları pozduğu üçün məhkəməyə müraciət edib.

Cənab Ərdoğan cümə axşamı seçkiqabağı kampaniya zamanı beynəlxalq ictimaiyyətin nə deməsinə baxmayaraq Tvitterə qarşı tədbirlər görəcəyini deyib.

Türkiyənin telekomunikasiya rəsmiləri deyib ki, Tvitter tərkibində qanunsuz məlumatlar olan yazıları yığışdırdıqdan sonra giriş bərpa olunacaq.

Avropa İttifaqının Genişləndirilməsi üzrə müvəkkili Stefan Fuele məsələ ilə bağlı bildirib ki, azad xəbərlərə və mövzulara müstəqil fikir bildirmək Avropa İttifaqının təməl dəyəridir.
XS
SM
MD
LG