Accessibility links

Türkiyənın daş kömür mədənində qəzada ölənlərin sayı 245-ə çatıb [Fotoqalereya]


Türkiyənin qərb bölgəsindəki daş kömür mədənində elektik cərəyanında nasazlıq səbəbindən baş vermiş partlayış və yanğın nəticəsində azı 245 nəfər ölüb. Xilasedicilər sağ qalanların axtarışını davam edir.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan müxbirlərə deyib ki, mədəndə 120 şaxtaçının hələ də ilişib qaldığına inanılır.

İstanbuldan cənubda yerləşən Soma şəhərində yüzlərlə insanın ilişib qaldığı şaxtaya təmiz hava verilməyə başlayıb. Xilasetmə işçiləri hələ də yerin altında qalan yüzlərlə insanı çıxarmağa çalışır.

Rəsmilər Manisa vilayətindəki şaxtada elektrik bloku partlayan zaman 787 işçinin içəridə olduğunu və ölənlərin sayının daha çox ola biləcəyini deyirlər.

Türkiyə prezidenti Abdulla Gül şaxtaçıların xilas edilməsi üçün bütün mövcud resurslardan istifadə edilməsi ilə bağlı Manisa qubernatoruna göstəriş verib. Ölkənin baş naziri Rəcəp Teyyib Ərdoğan isə ölkədə üç günlük matəm elan edib və Albaniyaya bir günlük səfərini təxirə salıb.
XS
SM
MD
LG