Accessibility links

Bu gün Kirman şəhərində keçirilən İranın həzfi/ələmə kubukonun final oyununda Təbrizin Traktorsazi komandası ev sahibi Mis Kirman futbol klubunu 1-0 hesabı ilə məğlub edərək İran kubokunun qalibi oldu.

İran xəbər agentlikləri Azərbaycan şəhərlərində əhalinin küçələrə çıxıb şənlik etdiklərini bildirir.

Azərbaycan bölgələri və İranın digər bölgələrində yaşayan türklər tərəfindən sevilən və əhali arasında Tıraxtur olaraq tanınan Traktorsazi klubu Mis Kirman üzərində qələbə qazanaraq, İranın ələmə kubukonun çempionu olmaqdan əlavə ikinci dəfə olaraq Asiya Çempionlar Liqasında iştirak hüququ qazanıb.

Klubun Portuqaliyadan olan baş məşqçisi Antonio Joze Oliveyra 34 illik oyunçuluq və məşqçilik həyatında Tıraxtor qədər sevilən bir klub görmədiyini deyir.

Show comments

XS
SM
MD
LG