Accessibility links

Təhlil: Sanksiyalar Rusiyadakı beynəlxalq şirkətlərə necə təsir edir? [Video]


Rusiyanın iqtisadiyyat naziri bildirib ki, Qərbin sanksiyaları ölkə iqtisadiyyatına təsir etməyə başlayıb. O deyir ki, investorların pullarını başqa yerlərə aparması ilə Rusiya iqtisadiyyatı kiçilir. Buna baxmayaraq ABŞ və Avropa müttəfiqləri Krım və Ukraynanın şərq bölgələrini ilhaqına görə Msokvanı cəzalandırmaq üçün sanksiyaları genişləndirməyi nəzərdən keçirsə də, bəzi Qərb şirkətləri Rusiyada biznes maraqlarını genişləndirirlər.

Prezident Vladimir Putin rus patriotlar üçün birləşdirici lider hesab oluna bilər, ancaq analitiklər deyir ki, iqtisadiyyat pisləşməsi onun nüfuzuna ciddi xələ gətirəcək.
Rus qanunvericilər qarşısında çıxış edən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev investorların artıq 70 milyard dollardan çox pulu ölkədən çıxardığını bildirib.

“Qlobal maliyyə bazarlarında ciddi qeyri-müəyyənlik var. Son iki ayda beynəlxalq vəziyyət investorların investisiya qərarları verməsinə mane olur. İqtisadi vəziyyət sabit deyil”

Ukrayna böhranı başlayandan bəri Rusiya birjası 10 faizdən çox dəyər itirib. Rubl isə dollarla müqayisədə son 5 ildə ən aşağı səviyyəsinə yaxındır.

Ancaq Avropanın daha geniş sanksiyalardan danışmasına baxmayaraq, heç də bütün investorlar Rusiyanı tərk etmək haqda düşünmür.

Prezident Putinlə son görüşdə Royal Dutch Shell-in icraçı direktoru Ben Van Börden şirkətin Rusiyada fəaliyyətlərini genişləndirəcəyini bəyan edib.

“Səfərimin özəl bir səbəbi var. Bu gün Saxalin Enerji-də əməkdaşlığımızın 20-ci ili tamam olur. Biz bu əməkdalıqdan qürur duyuruq”.

Bu hadisəyə təəccüblənməyən Ben Kumar deyir ki, Shell Rusiya iqtisadiyyatında köklü biznes maraqları olan yeganə beynəlxalq şirkət deyil.

“Hazırki qloballaşmada hamı bir-birinə bağlıdır. BP kimi əsas enerji şirkətləri o qədər beynəlmiləldir ki, bağlantını kəsməyə çalışsan, ciddi fəsadlar verə bilər”.

Reuters xəbər agentliyinin Avropa üzrə redaktoru Pier Brayansonun sözlərinə görə, Qərb qüdrətləri Rusiya məsələsində ehtiyatlı davranmalıdırlar.

“Özünü ağır vəziyyətdə qoyacaq iqtisadi müharibəyə başlamaq düzgün deyil – Bilirik ki, ağır sanksiyaları tətbiq edilsə, Avropa şirkətlərinə də ciddi ziyan dəyəcək”

Belə ki, Avropanın təbii qaz ehtiyaclarını təmin edən Rusiya onu Ukraynadan keçən boru xətləri ilə nəql edir.

Diplomatik baxımdan isə bu çox ehtiyatla balanslaşdırılmalı məsələdir: Bir tərəfdən ticarət müharibəsinə təhrik potensialı var, digər tərəfdən isə dünyada enerji qiymətlərinin yüksək olaraq qalır.
XS
SM
MD
LG