Accessibility links

Təyyarənin təkərində gizlənərək ABŞ-ın Kaliforniya ştatından Sakit okeandakı Havay adalarınadək uçan 16 yaşlı oğlanın sağ qaldığı bildirilir.

Federal Təhqiqatlar Bürosunun (FBI) sözçüsü bildirib ki, dünən evdən qaçan yeniyetmə San Xose aerportunun çəpərinin üzərinə dırmaşaraq hava limanının ərazisinə keçib və Havay Hava Yollarına məxsus təyyarənin təkərinin üzərində özünə yer tapıb.

3800 kilometr uçan təyyarənin getdiyi Maui şəhərindəki hava limanının rəsmi Marvin Monuz deyib ki, onlar təyyarənin təkərində bir obyekt aşkar ediblər.

FBI-ın məlumatına görə, oğlan uçuş boyu özündə olmayıb. O, 11.500 metr hündürlükdə oksigensiz və həddən artıq soyuq hava şəraitində heç bir problem yaşamadan Havayda yerə enib.

Havay Hava Yollarının sözçüsü deyib ki, oğlanın sağ qalmasında yalnız bəxti gətirib.
XS
SM
MD
LG