Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, tütün məmulatlarının sadə paketləşdirilməsi bu öldürücü məhsula tələbatı azaldır. “Tütünə yox” kimi qeyd edlən mayın 31-i təşkilat sadə paketləşdirilmənin artırılmasına çağırır.

Təşkilatın bu çağırışı üzərində kovboyun açıq havada siqaret çəkməsi göstərilən paketlərlə ciddi ziddiyyət təşkil edir.

Paketləşdirmənin nümunələrində xəbərdarlıq və xərçəngdən ölən insanların şəkli göstərilir.

Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-yoluxucu xəstəliklər şöbəsinin direktoru Duqlas Bettçer sadə paketləşdirmənin məqsədinin insanlar arasında tütünə tələbatın azaldılması olduğunu deyir.

“Bu, aydın şəkildə tütünün nə olduğunu göstərir. Dünyada leqal şəkildə satışda olan bu məhsul ondan istifadə edənlərin yarısını öldürür.”

Ümumdünya Səhiyyə Təşkilatı hər il 6 milyona yaxın insanın tütünlə bağlı xəstəliklər səbəbi ilə dünyasını dəyişdiyini bildirir. Bu göstəricinin 2030-cu ilədək 8 milyona çatacağı proqnozlaşdırılır. Onların 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək.

Avstraliya 2012-ci ildə siqaretlərin sadə paketləşdirməsinə başlayan ilk ölkə olub. Bundan əlavə paketlər üzərində xəbərdarlıqlara da yer verilib.

Avstraliyada siqaret çəkənlərin sayı 2 faiz azalıb

Daha sonra Fransa və Britaniya bu tendensiyaya qoşulub.

Ümumdünya Səhiyyə Təşkilatı İrlandiya Norveç, Sinqapur, Belçika və Yeni Zelandiyanın da bu ölçüyə əl atmağı planlaşdırdığını bildirir.

Avstraliyalı vəkil Benn Makqradinin dediyinə görə, 2012-ci ilin dekabr ayından 2015-ci ilin sentyabr ayınadək 34 ay ərzində araşdırmalar aparılıb.

“Bu müddət ərzində Avstraliyada siqaret çəkənlərin sayı 2 faiz azalıb. Bunun 0.5 faizini sadə paketləşdirmə təmin edib.”

Vəkil paketləşdirmənin nəticəsi olaraq 108 minə yaxın insanın siqareti atdığını bildirib.

XS
SM
MD
LG