Accessibility links

Elektron siqaretdə də nikotin var [Video]


Hər kəsə məlumdur ki, tütünün hər növü sağlamlığa hədədir. Buna baxmayaraq bir çox insan siqareti ata bilmir. Bu da ona görədir ki, onların çoxu siqaret çəkməyə erkən yaşlarından başlayıb və tütündə nikotin var.

“Nikotin çox güclü preparatdır və asılılığı yüksəkdir.” Corc Vaşinqton universitetindən doktor Kimberli Hornun dediyinə görə, yeniyetmələr tütünün yalnız bir deyil, başqa növlərindən də istifadə edir ki, bu siqaret də ola bilər, tütün də ola bilər, kiçik ölçülü siqaretlər də ola bilər. Yeniyetmələr arasında elektron siqaretlər də çəkənlər var və həmin siqaretlərdə də nikotin var.

“Nə qədər çox siqaret çəkirsənsə, o qədər çox asılı olursan və atmaq da çox çətin olur.” deyə, doktor Horn bildirir.

Belə texnikalar heç kəsə siqareti atmağa yardım etməyib. Bəziləri e-siqaretdən (elektron siqaret) yardım kimi istifadə edir. Sisi adlı qadın elektron siqaretin ona siqaretri atmağa yardım edəcəyinə ümid edir. “Uzun illər siqaret çəkdikdən sonra, mənim artıq tüstü iyindən xoşum gəlmir. Siqaret kötüklərinin yaratdığı natəmizliyə də baxa bilmirəm. Ağzımdakı dad da xoşuma gəlmir. Mən siqaret iyimlə digərlərini narahat etmək istəmirəm.”

Tədqiqatların nəticələri göstərib ki, elektron təchizatlar hamıya deyil, yalnız az sayda insana kömək edir. Saqqız və plastırlar da nikotinə tələbin azalmasına yardım edir.

Massaçutses xəstəxanasından doktor Nensi Riqotti digər alimlərlə birlikdə siqaret çəkənlərə yardım üçün sadə bir proqram hazırlayıb. Xəstəxanada qaldıqdan sonra onlar evə artıq nikotindən azad qayıdır. Xəstəxanadan çıxandan sonra da onlara nikotin plastırları və dərmanlar verilir, nikotinlə bağlı təbliğat davam etdirilir. “Biz dərmanların da məsləhətlərin də yardım etdiyini bilirik. Lakin bunların ikisi birlikdə daha effektiv olur.”

Bu qayda ilə müalicə edilən xəstələrin 70 faizi xəstəxanadan çıxdıqdan sonra 6 ay siqaret çəkməyib.

1964-cü ildən bəri Birləşmiş Ştatlar hökuməti və özəl təşkilatlar siqaretə qarşı kampaniyalar təşkil edir. Yel universitetinin İctimai-Səhiyyə bölməsinin araşdırmalarının nəticələrinə görə, o vaxtdan bəri siqaretri atanların 30 faizinin ömrü daha uzun olub.

XS
SM
MD
LG