Accessibility links

Təbrizdə tutulan mədəni fəallardan dördünün mühakiməsi başlaya bilər

  • Insafəli Hidayət

Təbrizdə tutulan mədəni fəallardan dördünün mühakiməsi başlaya bilər

Təbrizdə tutulan mədəni fəallardan dördünün mühakiməsi başlaya bilər

İftar süfrəsi zamanı tutulmuş 4 azərbaycanlı siyasi və mədəni fəal Şərqi Azərbaycan üzrə ETTELAAT-ın təcridxanasından Təbrizin mərkəzi zindanına təhvil verilib. Bunun mənası odur ki, həmin 4 şəxsin ibtidai istintaq prosesi başa çatıb və onları məhkəməyə hazırlayırlar.

Cəmşid Zareyi, Tağı Sələhşur, Mehdi Həmidi Şəfiq və Vahid Şeyxbəyli orucluq zamanı Mustafa Əvəzpurun evində iftar açarkən tutulub və ETTELAAT-a aparılıb.

İran qanunlarına görə zindana göndərilən 4 fəal ya qısa zamanda mühakimə olunacaq ya da girov müqabilində azadlığa buraxılacaq, sonra məhkəməyə çağırılacaq.

Maraqlıdır ki, son dövrlər azərbaycanlı mədəni və siyasi fəlları müdafiə edən vəkillərin bir çoxu ya həbsə alınıb, ya da ölkədən qaçmağa məcbur olub. Məsələn, vəkil Musa Bərzin Xəlifəli həbsdədir, onlarla azərbaycanlı fəalı müdafiə etmiş Nağı Mahmudi ölkəni tərk edib, Abbas Camali isə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, iftar mərasimində tutulanlar: Əziz Purvəli, Musa Bərzin Xəlifəli, Mahmıd Fəzli, Həsən Ərk, Mustafa Əvəzpur, Murtəza Əvəzpur, Yusuf Sələhşur, Taği Sələhşur, Əhməd Əlizadə, Yasir Salmani Rizayi, Əhməd Riyazi Mubarəki, Abdulla Sadiqi, Mehdi Nuri, Yaqub Kərimi, Məhəmməd Əlimuradi, Əli Sirnak, Əli İymani Qaraməliki, Qadir Novruzi, Məhəmməd Əmiri, Cəlil Ələmdari Miylani, Yaqub Ramazani, Məhəmməd Mahmudi, Əkbər Purihüseyn, Yaqub Kərimi, Fərzad Məhdəvi İsfəncani, Mehdi Muhaciri, Cəmşid Zareyi, Mehdi Həmidi Şəfiq və Vəhis Şeyxbəylidir.

Xatırladak ki, tutulanların bir hissəsi qısa vaxtda İnqilab Məhkəməsində mühakimə edilib və 24 ay həbs cəzası verilib. Tutulanların bir hissəsi Şərqi Azərbaycan ETTELAAT idərəsində həbslərinin qanunsuz olduğuna etiraz olaraq artıq 20 gündür aclıq edir. Aclıq edənlərin bir çoxu həbsxana xəstəxanasına köçürülüb.

XS
SM
MD
LG