Accessibility links

Təbriz etirazlarında tutulanların 5-i bir ay nəzarətdə qalacaq


Təbrizdə həbs edilən fəallar

Təbrizdə həbs edilən fəallar

Azərbaycan veb səhifələrinə istinadən, iyunun 10-da Təbrizin Abrəsan meydanında keçirilən etiraz aksiyalarında tutulan Urmiyə gölü müdafiəçilərinin bir neçəsi müvəqqəti azadlığa buraxılsa da, Təbriz məhkəməsi azı 5 etirazçının 1 aya qədər nəzarət altında saxlanılmasına dair qərar çıxarıb.

Oyan News saytının yaydığı məlumata görə, Mir Yasin Seyyid Hüseyni, Əkbər Abulzadə, Nima Abbaspur, Abdullah Nuri və Vəhid Vəlizadə iyunun 11-də Təbriz zindanına köçürülüblər.

İyunun 10-da Urmiyə gölünün iki tərəfində yerləşən Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin mərkəzləri Təbriz və Urmiyədə milli fəallar və şəhər əhalisi İran dövlətinin ekoloji məsələləri ilə bağlı siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər.

Hər iki şəhərdə İran polisi və təhlükəsizlik qüvvələri bir çox iştirakçını həbs edərək, etiraz aksiyalarını dağıtmağa cəhd edib.

Etirazlarda səslənən şüarlara görə, etirazçılar Urmiyə gölü böhranının dövlətin yanlış siyasətləri nəticəsində ortaya çıxdığına, eləcə də prezident Həsən Ruhaninin ekoloji fəlakətin qarşısını alacağına dair vədlərinə əməl etmədiyinə inanırlar.
XS
SM
MD
LG