Accessibility links

Təbrizin Türkiyə və Tatarıstan ilə münasibətləri genişlənir


Güzel Nigmatullina və İsmayıl Cabbarzadə
Güzel Nigmatullina və İsmayıl Cabbarzadə

Tatarıstan mədəniyyət nazirinin müavini və Ərzurum bələdiyyə başqanı Təbriz rəsmiləri ilə görüşlər keçirib

Şərqi Azərbaycan valisi və Təbriz bələdiyyə sədri Təbrizi Anma Həftəsi tədbirlərinə qatılmaq üçün bu şəhərə səfər edən xarici ölkə rəsmiləri, o cümlədən Tatarıstan mədəniyyət nazirinin müavini və Ərzurum bələdiyyə başqanı ilə görüşlər keçirərək ticari və mədəni əlaqələrin genişləndirilməsi haqqında müzakirələr aparıblar.

İRNA və İLNA xəbər agentliklərinin yaydığı məlumata görə, Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə ilə görüşən Tatarıstan mədəniyyət nazirinin müavini Güzel Nigmatullina Tatarıstanla Azərbaycan arasında tarixi və mədəni yaxınlığın önəmini vurğulayaraq, bu yaxınlığın iqtisadi əlaqələrdə də özünü göstərəcəyini önə çəkib.

Təbrizi Anma Həftəsinin açılış törəni
Təbrizi Anma Həftəsinin açılış törəni

“Əcdadlarımızın səyləri nəticəsində Təbriz və Kazan şəhərləri arasında qədim və tarixi əlaqələr mövcüd olub. Bu mədəni əlaqələri digər sahələrdə, o cümlədən turizm sektorunda da inkişaf etdirmək lazımdir,” deyə xanım Nigmatullina dilə gətirib.

İsmayıl Cabbarzadə isə Şərqi Azərbaycan Vilayəti və Tatarıstan Respublikası arasında ticari münasibətlərin genişlənməsi üçün tərəflər arasında aparılan müzakirələrin müsbət istiqamətdə irəlilədiyini bildirib.

Həmçinin İSNA xəbər agentliyi Türkiyənin Ərzurum şəhəri bələdiyyə başqanı Mehmet Sekmenin Təbriz bələdiyyə başqanı Sadiq Nəcəfi və Şərqi Azərbaycan valisi cənab Cabbarzadə ilə müzakirələr apardığını açıqlayıb.

İSNA-ya bildirir ki, İsmayıl Cabbarzadə Təbriz və Ərzurum arasındakı ortaq din, mədəniyyət və dil münasibətlərinin genişlənməsində böyük rol oynadığını ifadə edib. “Dost və qonşu Türkiyə ilə münasibətlərimizin genişlənməsində heç bir məhdudiyyət və sərhəd yoxdur,” deyə vali vurğulayıb.

Görüşlərdə Təbriz Universiteti ilə Atatürk Universitetinin yaratdığı birgə iqtisadi komissiya, habelə Təbriz avtomagistralı layihəsi ilə bağlı müzakirələr aparılıb.

Sentyabr ayının 13-dən etibarən başlayan Təbrizi Anma Həftəsi ilə bağlı keçirilən törənlər sentyabrın 18-ə dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG