Accessibility links

Tacikistan həbsxanasından 25 dustaq qaçıb


Tacikistan həbsxanasından 25 dustaq qaçıb
Tacikistan həbsxanasından 25 dustaq qaçıb

Dustaqlar Düşənbə şəhərindəki Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin həbsxanasından dünən gecə qaçmışlar

Tacikistan rəsmiləri 25 nəfər dustağın beş gözətçini qətlə yetirdikdən sonra həbsxanadan qaçdığını bildirirlər. Xəbərdə deyilir ki, dustaqlar Düşənbə şəhərindəki Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin həbsxanasından dünən gecə qaçmışlar. Rəsmilər qaçanların Özbəkistanın İslam Hərəkatı silahlı qrupunun üzvləri olduqları və 10 ildən 30 ilə qədər həbs cəzasına məhkum edildiklərini bildirmişlər. Qaçanlar arasında Rusiya və Əfqanıstan vətəndaşlarının da olduğu deyilir. Tacikistan Əfqanıstanla həmsərhəddir.

XS
SM
MD
LG