Accessibility links

Tacikistan hökuməti İslam fundamentalizminin qarşısını almağa çalışır

  • Nərminə Cəlalqızı

Tacikistan hökuməti İslam fundamentalizminin qarşısını almağa çalışır

Tacikistan hökuməti İslam fundamentalizminin qarşısını almağa çalışır

Ölkədə qadınlar və 18 yaşa qədər uşaqların məscidə getmələrinə qadağa qoyulub

Əfqanıstandakı İslam fundamentalizmi qonşu Tacikistanda da özünü göstərir. Hökumət isə xarici təsirlərin qarşısınə almağa çalışır. Hökumət əvvəlcə qadınların, bir neçə həftə bundan əvvəl 18 yaşa qədər uşaqların məscidə getmələrinə qadağa qoydu.

Tacikistanda əhalinin 98 faizi müsəlmanlardan ibarədtir və bu ölkə Əfqansıtanla sərhəddə yerləşir. Rusiya təmayüllü hökumət radikalizmi ölkədən uzaqlaşdırmaq istəyir.

Bloger Zəfər Abdullayev yeni qaydaları dəstəkləyir. O, hökumətin əhənəvi bir ölkədə Sovet dövründən qalmış dini repressiyalarla üzləşən İslamla, yeni, modern İslam arasında qaldığını deyir.

İslam fundamentalizminin xaricdən təsirinin qarşısını almaq üçün keçən il hökumət müxtəlif ölkələrin dini məktəblərində təhsil alan iki min tələbəni geri çağırdı. Bundan əlavə hökumət kişilərə saqqal saxlamağa, qadınlara isə tamamilə bağlı hicab geymələrinə qadağa qoydu. Qadınlara Mərkəzi Asiya qadınlarının geydiyi paltarları geyinmək və başlarına yüngül örtük örtmək tövsiyə edildi.

Lakin Sovet dövründə ölkədə yeganə qanuni fəaliyyət göstərən Tacikistan İslam Dirçəliş Partiyasından Muhiddin Kəbiri hökumət qəraralrının mənfi nəticələr verəcəyini deyir. Kəbiri hökumətin İslamı sıxışdırdığını və bununla da cəmiyyəti "talibançılığa" sürüklədiyini deyir. Kəbiri deyir ki, məscidə və dini məktəblərə getmələrinə qadağa qoyulan yeniyetmələr İslamı öyrənmək üçün İnternetdən istifadə edir. O, gənc nəslin internet vasitəsi ilə tez bir zamanda ekstremistlərin səhifələrinə müraciət etdiklərini deyir.

15 il bundan əvvəl Sovet dövründən qalmış prezident İmomali Raxmonova qarşı vətəndaş müharibəsində Kəbirini dəstəkləyənlər məğlubiyyətə uğradılar. Raxmonov bu gün də prezidentdir və öz məvqeyini möhkəm saxlayır. Oktyabr ayında o, paytaxtda Mərkəzi Asiyada ən böyük məscidin təməlini qoydu. attarın tikintisinə yüz milyon dollar qoyduğu məscidə 115 000 dindar gələcək ki, bu da paytaxtadı kişilərin yarısı deməkdir.

Prezident Raxmonov hökuməti bu il yüzlərlə məhəllə məscidinin və dini məktəbin bağlanması barədə qərar çıxardı. Bunun əvəzində isə o, insanları rəsmi din ocaqlarına yönəltməyə calışır.

XS
SM
MD
LG