Accessibility links

Tacikistan Rusiya hərbi bazasının ölkədə daha 30 il müddətinə qalmasını təsdiqləyib



Tacikistan parlamenti Rusiya ilə Moskvanın bu ölkədə hərbi mövcudluğunun daha 30 il müddətinə uzadılmasına dair müqaviləni yekdilliklə ratifikasiya edib.

Rusiyanın ölkədən kənarda ən böyük hərbi obyekti olan 201-ci bazanın fəaliyyət müddətinin uzaldılmasına dair razılaşma keçən il oktyabrda Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti İmomali Rahmonun iştirakı ilə imzalanmışdı.

Sazişin ratifikasiyası prosesi ilə tanış olan mənbələrin məlumatına əsasən, Tacikistan bazanın ölkədə qalması müqabilində bir sıra şərtlər irəli sürüb. Buraya Rusiyada işləyən təxminən bir milyon tacik miqrantın vəziyyətinin yaxşılaşd;r;lması və Rusiyadan bir milyon ton həcmində neft məhsullarına qoyulmuş vergi rüsumunun ləğv edilməsi daxildir.

Tacikistanın müdafiə naziri Şerali Xayrulloyev razılaşmanın Rusiya və onun ölkəsi arasında tərəfdaşlıq prinsiplərinə uyğun olduğunu bildirib.
XS
SM
MD
LG