Accessibility links

Tacikistanda həbsdə olan pilotlar azad edildi

  • Amerikanın səsi

Tacikistanda həbsdə olan pilotlar azad edildi

Tacikistanda həbsdə olan pilotlar azad edildi

Rusiya ilə diplomatik əlaqələrin yaxşılaşması məqsədi ilə Tacikistan məhkəməsi həbsdə olan iki pilotun azad edilməsi barədə qərar çıxarıb. Rusiyadan Vladimir Sadovniçiy və Estonoyadan Aleksey Rudenko artıq həbsdə olduqları müddət nəzərə alınaraq bu gün azad ediliblər.

Rusiyadan Əfqanıstana uçarkən təyyarəni yanacaqla doldurmaq üçün Tacikistanda enən pilotlar sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edilərək həbs edilmişdilər.

Tacikistanın pilotları həbsə almasından sonra Rusiya ölkədəki yüzlərlə tacik miqrant işçini həbsə almış və deportasiya etmişdir.

XS
SM
MD
LG