Accessibility links

Tacikistanda İslamçı yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir


Tacikistanda İslamçı yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir
Tacikistanda İslamçı yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir

Əməliyyatlara Rəşt vadisində İslamçı yaraqlıların 28 əsgərin ölümü ilə nəticələnən hücumundan sonra başlanılıb

Tacikistandan alınan xəbərdə ordunun İslamçı yaraqlılara qarşı ayrı-ayrılıqda həyata keçirdikləri əməliyyatlar zamanı azı 34 hərbçinin həlak olduğu bildirilir. Ordunun məlumatında deyilir ki, 28 təhlükəsizlik işçisi dünən Tacikistanın şərqində, Rəşt vadisində vertolyot qəzası zamanı həlak olmuşdur. Tacikistan Milli Qvardiyasının mətbuat idarəsinin bildirdiyinə görə, 4 ekipaj üzvünün də həlak olduğu Rusiyada istehsal edilmiş Mİ-8 vertolyotu texniki nazaslıq səbəbindən qəzaya uğrayıb. Digər insident zamanı isə 6 hərbçinin mina partlayışı zamanı həlak olduğu xəbər verilir.

Əfqanıstanla sərhəddən 75 km-lik məsafədə, Rəşt vadisində İslamçı yaraqlıların 28 əsgərin ölümü ilə nəticələnən hücumundan sonra Tacikistan ordusu həmin bölgələrdə hərbi əməliyyatlar keçirir.

XS
SM
MD
LG