Accessibility links

Tacikistanda təhlükəsizlik əməliyyatları zamanı 12 yaraqlı öldürülüb

  • Amerikanın səsi

Tacikistanda təhlükəsizlik əməliyyatları zamanı 12 yaraqlı öldürülüb

Tacikistanın daxili işlər naziri təhlükəsizlik əməliyyatları zamanı hökumət qüvvələri tərəfindən 12 yaraqlının öldürüldüyünü bildirib. Əbdurrəhim Qahorovun dediyinə görə, əməliyyat nəticəsində 3 zabit həlak olub, bir necəsi isə yaralanıb. Rəşt vilayətində əməliyyat ötən ay 28 əsgərin ölümü ilə nəticələnən hücumdan sonra həyata keçirilib. Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan Özbəkistan İslam Hərəkatı üzərinə alıb.Tacikistanın daxili işlər naziri bildirib ki, bu hərəkatın 7 üzvü daxil edilməklə, bu il ərzində terrorizmdə ittiham edilən 17 adam nəzarət altına alınıb.

XS
SM
MD
LG