Accessibility links

Suriya ordusu İslam Dövlətinin nəzarəti altında olan bölgələrə doğru irəliləyir


Suriya ordusu və onun müttəfiqləri dünən və bu gün cihadçıların Əl-Bab şəhərinin nəzarətini itirməsindən sonra İslam Dövlətinin nəzarətində olan bölgələrə doğru irəliləyib.

Ordu Tadef şəhərini ələ keçirib.

Bu ayın əvvələrində Rusiya rəsmisi Tadefin Suriya qüvvələri və Türkiyənin dəstəklədiyi döyüşçülər arasında bölündüyünü demişdi.

Əl-Bab
Əl-Bab

Əl-Babın ələ keçirilməsi ilə Suriya ordusu 14 kəndin nəzarətini ələ ala bilib.

Ölkənin şimal-qərb bölgsinə nəzarət edən İslam Dövləti son aylar ABŞ-ın dəstəklədiyi kürd döyüşçülər, Türkiyənin dəstəklədiyi rəqib qüvvələr və ordu tərəfindən 3 müxtəlif istiqamətdən hücumlara məruz qalıb.

Əl-Babı ələ keçirən hökumət ordusu Türkiyə və onun dəstəklədiyi rəqib qüvvələrin cənuba dorğu irəliləməsinə mane olacağına ümid bəsləyir.

Hazırda qüvvələr Hələbin su ehtiyatlarını nəzarət altına almaq uğrunda mübarizə aparır.

Kürd hərbi birləşmələrin alyansı olan Suriya Azadlıq Ordusunun 2015-ci ildən davamlı müvəffəqiyyəti İŞİD-i ötən ilin ortalarından bəri əsas bölgələri itirməsinə səbəb olub.

XS
SM
MD
LG