Accessibility links

İlkin diaqnoza görə, Rafiq Tağı mayeni qaytararkən boğulmadan dünyasını dəyişib (AUDİO/YENİLƏNİB)


İlkin diaqnoza görə, Rafiq Tağı mayeni qaytararkən boğulmadan dünyasını dəyişib (AUDİO/YENİLƏNİB)

İlkin diaqnoza görə, Rafiq Tağı mayeni qaytararkən boğulmadan dünyasını dəyişib (AUDİO/YENİLƏNİB)

Azərbaycanın tanınmış yazıçılarından Rafiq Tağı bu gün xəstəxanada anidən dünyasını dəyişib. İlkin müayinə zamanı onun boğulmadan keçindiyi müəyyən edilib. Yazıçının qardaşı İlqar Tağı Amerikanın səsinə bildirib ki, Rafiq Tağı dünyasını dəyişərkən o və mərhumun oğlu onun yanında olub. Rafiq Tağı anidən qardaşına bildirib ki, bir neçə dəqiqə əvvəl qəbul etdiyi mayeni geri qaytarmaq istəyir. Qardaşı ona salafan torba verib və yazıçı mayeni geri qaytarıb. Elə bu zaman İlqar Tağı qardaşının gözlərinin açılı qaldığını və nəfəsinin kəsildiyini görüb.

Həkimlər özünü yetirənədək artıq Rafiq Tağı dünyasını dəyişmişdi. Yazıçının müalicə həkimi Nizaməddin Ələsgərov bildirib ki, bir qədər əvvəl o xəstə ilə görüşüb və Rafiq Tağı çox normal durumda olub.

Həkim bildirir ki, ilkin diaqnoza görə, Rafiq Tağı mayeni qaytararkən boğulmadan dünyasını dəyişib.

Rafiq Tağı keçən həftənin şənbə günü axşam saatlarında işdən evə gedərkən bıçaqlanmışdı. 6 bıçaq zərbəsi alan yazıçı təcili xəstəxanaya çatdırılmış və üzərində 6 saatdan artıqəməliyyat aparılmışdı. Əməliyyatdan sonra həkim bıçaq zərbələrindən birinin ürək diafraqmasını dəlib keçdiyini desə də, yazıçının həyatına olan təhlükənin sovuşduğunu demişdi. Ancaq bu gün Rafiq Tağı xəstəxanada vəfat edib.

Rafiq Tağı 2006-cı ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətdiyinə və xristian dəyərlərini islamdan daha üstün tutmaqda ittiham edir. Hətta, buna görə İranda bir neçə ayətullah onun öldürülməsinə fitva verib. Nəticədə Rafiq Tağı milli və dini düşmənçilik salma ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 8 aydan sonra əfv olunub.

Bu il noyabrın 10-da Rafiq Tağı www.kulis.az veb səhifəsində "İran və qloballaşma qaçılmazlığı" adlı məqalə ilə çıxış edib. Bu məqalədə "Müasir İran - asanlıqla dağılası mifdir" kimi ifadələr yer alıb. İctimai fikridə, yazıçının bu məqaləyə görə cəzalandırıldığı fikrikləri dolaşır.

XS
SM
MD
LG