Accessibility links

Farsdilli media qeyri-farslara dair xəbərləri boykot edirmi? [Audio-Müsahibə]


Taha Kirmani
Taha Kirmani

“Bizim media nizamlı və daha peşəkar şəkildə xəbər işinə baxıb etibar qazanmalıdır... Farsdilli media yaymaq istəməsə də, yaymasa da, xəbərlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün buna məcburuq,” deyə təbrizli fəal Taha Kirmani Amerikanın Səsinə söhbətdə İran Azərbaycanında baş verən olayların farsdilli media tərəfindən boykot edilməsinə dair tənqidlərə münasibət bildirir.

Taha Kirmani güneylə bağlı informasiya blokadası haqda danışır
please wait

No media source currently available

0:00 0:17:23 0:00

Güneyli fəallar İran Azərbaycanında baş verən olaylar o cümlədən, kütləvi aksiyalar, həbslər və türk fəallara qarşı çıxarılan ağır məhkəmə cəzaları ilə bağlı xəbərlərin sadəcə İran daxilində deyil xaricdə fəaliyyət göstərən farsdilli media tərəfindən də boykot edildiyini önə çəkirlər.

Həmin tənqidləri təsdiq etdiyini bildirən Taha Kirmani bunun əsas səbəbinin İranda həm hakimiyyət həm də müxalif qruplar tərəfindən qeyri-fars kimliklərə qarşı yürüdülən inkar siyasəti ilə bağlı olduğunu söyləyir.

Yerli xəbərləri yayan media ümumölkə xəbərlərini yayan medianın müştərisini əlindən alacaq qədər güclü deyilsə bu durum dəyişməyəcək.
Taha Kirmani

Onun sözlərinə görə, “İranda fars olmayan millətlərin kimliyinin danılması dominant bir düşüncədir. Fars kültürü hakim kültürdür və başqa millətlərin kimliyinin kültür və iqtisad sahələrində belə önə çıxması daha artıq güc aparır... Bu baxış hakimiyyət və müxalifətin mediasında da var. Bu baxımdan xaricdəki farsdilli medianı müxalifətin boğazı və dili kimi dəyərləndirə bilərik.”

Türkiyədə jurnalistika üzrə təhsil alan fəal eyni zamanda bu problemin səthi şəkildə dəyərləndirilməsinin doğru olmadığını vurğulayır:

“Xəbər yayma məsələsində müştəri zövqü və müştəri damağı deyə bir mövzu vardır... Yəni xəbərlərin yayılmasında medianın siyasətindən əlavə xəbəri izləyənlərin zövqü də önəm daşıyır. Ancaq bu zövq media holdinqləri tərəfindən yönləndirilir... Bu sahədə rəqabət faktoru ciddi dərəcədə önəmlidir. Yəni yerli xəbərləri yayan media ümumölkə xəbərlərini yayan medianın müştərisini əlindən alacaq qədər güclü deyilsə bu durum dəyişməyəcək.”

Məncə bizim media nizamlı və daha professional bir şəkildə xəbərçilik işinə baxıb etibar qazanmalı və bunun üçün də öncə öz millətimizin etimadını əldə etməlidir.
Taha Kirmani

“Məncə bizim media nizamlı və daha professional bir şəkildə xəbərçilik işinə baxıb etibar qazanmalı və bunun üçün də öncə öz millətimizin etimadını əldə etməlidir. Böyük mətbuat qurumları müştərilərini əldə saxlamaq üçün ümumi siyasətlərinə qarşı olan xəbərlərə də yer vermək zorundadır... Farsdilli media xəbərlərimizi yaymaq istəməsə və yaymasa da biz xəbərlərimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün məcburuq ki professional xəbərçiliyi öyrənək.”

Taha Kirmani İran Azərbaycanında baş verən olaylar və türk fəalların durumu ilə əlaqədar məlumat yayan medianın kəmiyyət deyil, ən çox keyfiyyət baxımından problem yaşadığını ifadə edir.

XS
SM
MD
LG