Accessibility links

Vatslav Havel təqaüdçüsü Təhminə Tağıyeva "Azadlıq" təcrübəsindən danışır [Video]


Vatslav Havel təqaüdçüsü Təhminə Tağıyeva proqram çərçivəsində Azadlıq radiosunda təcrübə keçir. Jurnalist proqramın bir hissəsi olaraq Amerika Birləşmiş Ştatlarına da səfər edib.

Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Media Mərkəzinin sabiq rəhbəri Təhminə Tağıyeva "Amerikanın səsi"nin suallarını cavablandırıb.

Jurnalist Avropa və Amerikadakı təcrübəsindən danışıb.O, bu proqramın maraqlı təcrübələr əldə edilməsi mahiyyəti daşıdığını bildirib.

Təhminə xanım Amerikada Freedom House, Dövlət Departamenti, Demokratiyaya dəstək fondu-NDİ kimi təşkilatların nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, bu tədbirlərdə Azərbaycanı daha yaxından tanıtdırdığını, söz və mətbuat azadlığının durumundan danışdığını deyib.

Vatslav Havel təqaüdçüsü görüşlərin Amerika siyasəti, Amerika mediası, Amerika demokratiyası haqda yeni biliklər qazanmasına yardım etdiyini bildirib.
XS
SM
MD
LG