Accessibility links

Tailand hava yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb


İçərisində 300-dən çox sərnişin olan Tailand Hava Yolları təyyarəsinin bazar günü Bankokun enmə zolağında qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.

Qəzaya səbəbin Çinin Qanju şəhərindən uçan A-330-300 təyyarəsinin yerə enərkən təkərlərinin açılmaması olduğu bildirilirb. 14 nəfərin isə təyyarədə baş verən nasazlıq zamanı sərnişinlərin və ekipaj üzvlərinin xilas döşəkçələrindən istifadə edərkən yaralandığı deyilir.

Tay Hava Yollarının prezidenti Soracak Kasemsuvan sərnişinlərin yüngül formada xəsarət aldıqlarını deyib.
XS
SM
MD
LG