Accessibility links

Tailandda yüz minə yaxın insan etiraz aksiyası keçirib


Nümayişçilər amnistiya qanununa etiraz edir

Tailandda hökumət əleyihinə olan yüz minə yaxın insan etiraz aksiyasına qatılıb. Baş nazir Yingluk Şinavatranın opponentləri onun istefasını tələb edib.

Tailand son həftələr amnistiya qanununa görə etirazlara səhnə olub.

Yeni qanun baş nazirin xaricdə yaşayan qardaşı Thaksin Şinavatranın ikiillik həbs cəzasını ləğv edir.

Bu qanun həm də 2010-cu ilsə nümayişçilərə divan tutulmasına göstəriş verən sabiq baş nazir və Demokrat Partiyasının lideri Abhisit Vejjajivamın da azad edilməsinə yol aça bilər.

Baş nazirin tərəfdarlarından ibarət 50 minə yaxın adam daha bir yürüş təşkil edib.
XS
SM
MD
LG