Accessibility links

Tailand paytaxtında nümayiş zamanı hücum nəticəsində iki nəfər yaralanıb.

Tailand rəsmiləri bildirir ki, Banqkokda səhər saatlarında hökümət əleydarı nümayışçilərin toplaşdığı Lumpini parkı yaxınlığında atəş açılıb. Rəsmilər atəşin kim tərəfindən açıldığını bilmədiklərini bildirib.

Hökümət rəsmiləri həmçinin daha bir atəşmanın dəbdəbəli alış-veriş mərkəzində baş verdiyini deyir.

Hadisə şənbə və bazar günləri etiraz aksiyaları zamanı üç uşaq da daxil olmaqla dörd nəfərin öldüyü və onlarla insanın yaralanmasından sonra baş verib.

Noyabr ayında başlayan nümayişlərdən bu günə qədər 20 insanın həlak olduğu deyilir.

Baş nazir Yinqluk Şinavatranı dəstəkləyən “Qırmızı Köynəklilər” qrupunun üzvlərinin küçələrə çıxa bilməsi və bunun nəticəsində qarşıdurmanın daha da güclənə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
XS
SM
MD
LG