Accessibility links

Tailandda “Qlobal Media Forum və Gender” mövzusunda beynəlxalq konfrans keçirilir [Audio & Fotoqalereya]


Amerikanın Səsinin əməkdaşı Pərvanə Bayramova konfransda iştirak edir

Dekabrın 2-dən 4-nədək Tailandda “Qlobal Media Forum və Gender” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrasın iştirakçıları arasında Amerikanın Səsinin əməkdaşı Pərvanə Bayramova da olub.

please wait

No media source currently available

0:00 0:07:17 0:00
Direct link

Səfərinin məqsədlərini açıqlayan Pərvanə xanım UNESKO və İREX tərəfindən təşkil edilən konfransın gender və onun mediadakı roluna həsr edildiyini bildirib. Onun sözlərinə görə, 3 günlük bu tədbirə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Afrika, Latın Amerikası, Ərəb ölkələrindən nümayəndələr qatılıb.

“Konfrans zamanı qadın və kişi bərabərliyi, qadınlara qarşı zorakılıqlar və digər geniş əhatəli gender problemlərinin müzakirəsinə yer verilib.”

Pərvanə Bayramova bildirib ki, konfrans çərçivəsində diqqətini cəlb edən ən maraqlı məqam qadın jurnalistlərin cəbhə bölgələrindəki rolu barədə sessiya olub.

“Onların hər biri öz hekayətini danışırdı. Somalidən xanım olmadığı üçün onları əvəz edən kişi nümayəndə qadınların o ölkədəki durumundan bəhs edib, qadın jurnalistlərin ekstrimal vəziyyətdə çalışdıqlarını diqqətə çatdırıb. Nəticə olaraq çıxış edənlər gender bərabərliyində medianın böyük önəm daşıdığını göstərmək istəyirdi.”

P. Bayramova konfrasın sonunda bəyanat qəbul edildiyini, lakin bunun son variant olmadığını bildirib. Onun dediyinə görə, son variant bir neçə gündən sonra hazır olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG