Accessibility links

Tailand hökuməti nümayişlərin qarşısını almaq üçün fövqəladə toplantı planlaşdırır


Bazar günü hərbi bazada keçiriləcək toplantıda martın ortalarında başlamış kütləvi aksiyaların qarşısını almaq yolları müzakirə ediləcək

Tailandda rəsmilər baş nazir Abhisit Vecacivaya qarşı nümayişlərin bütün ölkəyə yayılacağından ehtiyat edərək fövqəladə kabinet toplantısı keçiricəklərini elan edirlər. Bazar günü hərbi bazada keçiriləcək toplantıda martın ortalarında başlamış kütləvi nümayişlərin qarşısını almaq yolları müzakirə ediləcək. Beynəlxalq münaqişələri həll qrupu Tailand hökuməti ilə Qırmızı Köynəklilər arasındakı qarşıdurmanın vətəndaş müharibəsinə çevrilmək təhlükəsi ilə bağlı xəbərdarlıq verib. Brüsseldə qərargahlanan Beynəlxalq Böhran Qrupu bildirir ki, Tailandın siyasi sistemi işləmir və ölkəni geniş yayılmış qarşıdurmadan xilas etmək iqtidarında deyil. Qrup hökuməti Nobel sülh mükafatı almış beynəlxalq fiqurların vasitəçiliyindən istifadə etməyə çağırıb.

XS
SM
MD
LG