Accessibility links

Tailand məhkəməsi avstraliyalı müxbiri defamasiyada ittiham etməyib


Tailand məhkəməsi avstraliyalı müxbir və onun tailandlı həmkarının ölkənin hərbi dəniz qüvvələrinin insan oğurluğu ilə əlaqəsinə dair məqaləsinə görə defamasiyada ittiham etməyib.

Alan Morison və Çutima Sidasatian 2013-cü ildə ingilis dilində çıxan Fuketvan mətbuat veb səhifəsində yazdıqları məqaləyə görə yeddi il azadlıqdan məhrum edilmə təhlükəsi ilə üzləşirdi.

Hökm oxunduqdan sonra Morison deyib ki, məhkəmənin qərarı Tailandın demokratiya istiqamətində tərəqqi etdiyinə işarədir.

Məqalədə Tailand dəniz qüvvələrinin rəsmilərinin Rohinya müsəlmanlarının Myanmardan oğurlanmasına yardım etdiyinə və ya bu hallara göz yumduğuna görə pul aldıqları barədə Pulitzer mükafatı laureatı olan Reuters xəbər agentliyinin xəbərindən sitat yazılıb.

Phuket məhkəməsi müxbirləri böhtan ittihamlarından azad edib və onların Kompyuter Cinayəti Aktını pozmadıqlarını bildirib.

Müxbirlərə qarşı ittihamlar uzun zamandır insan alverində iştirakda təqsirli bilinən digər hökumət nümayəndələri ilə birgə Tailand dəniz qüvvələri tərəfindən irəli sürülüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG