Accessibility links

Tailandda baş nazirin istefası tələbi ilə nümayişlər davam edir


Tailandda baş nazirin istefası tələbi ilə nümayişlər davam edir. Aksiya iştirakçıları Daxili İşlər Nazirliyinin binasını mühasirəyə alıb. Nümayişçilər artıq Daxili işlər və Maliyyə Nazirliklərinin bir hisəsini ələ keçirib.

Baş nazir Yingluk Şinavatranın opponentləri amnistiya qanununa etiraz olaraq onun istefasını tələb edir.

Yeni qanun baş nazirin xaricdə yaşayan qardaşı Thaksin Şinavatranın ikiillik həbs cəzasını ləğv edir.

Bu qanun həm də 2010-cu ilsə nümayişçilərə divan tutulmasına göstəriş verən sabiq baş nazir və Demokrat Partiyasının lideri Abhisit Vejjajivamın da azad edilməsinə yol aça bilər.

Nümayişlərin təşkilatçısı müxalif Demokrat Partiyası parlamentdə də baş nazirin etimadsızlıq rəyi ilə bağlı debatlar başladıb. Baş nazir parlamnetdə üstünlük təşkil edən tərəfdarlarına istefa verməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG