Accessibility links

Banqkokda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib


Tailandın paytaxtı Banqkokda polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Nümayişçilər isə polisə kannisterlər atıb.

Baş nazirin istefası tələbi ilə nümayişlər günlərdir davam edir.

Bəzi hökumət binalarını ələ keçirən aksiya iştirakçıları televiziya stansiyasını mühasirəyə alaraq, onların etirazlarının canlı şəkilə nümayiş etdirilməsini tələb edib.

Şəhərin ticarət mərkəzləri iğtişaşlardan ehtiyat edilərək bağlı saxlanılır. Qarşıdurmalar nəticəsində 3 adam həlak olub, 50-dən artıq insan xəsarət alıb.

Baş nazir Yingluk Şinavatranın opponentləri amnistiya qanununa etiraz edir.

Yeni qanun baş nazirin xaricdə yaşayan qardaşı Thaksin Şinavatranın ikiillik həbs cəzasını ləğv edir.

Bu qanun həm də 2010-cu ilsə nümayişçilərə divan tutulmasına göstəriş verən sabiq baş nazir və Demokrat Partiyasının lideri Abhisit Vejjajivamın da azad edilməsinə yol aça bilər.

Baş nazir parlamnetdə üstünlük təşkil edən tərəfdarlarına istefa verməyəcəyini bildirib. Yingluk Şinavatra aksiyanın təşkilatçıları ilə müzakirələr keçirməyə hazır olduğunu deyib. Lakin onun təklifi rədd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG