Accessibility links

Tailand ordusu ilə nümayişçilər arasında toqquşmalar davam edir


Banqkok küçələrindəki zorakılıqlar nəticəsində bu gün daha 3 ölüb

Artıq bu gün üçüncü gündür ki, Tailand ordusu ilə nümayişçilər arasında toqquşmalar davam edir. Banqkok küçələrindəki zorakılıqlar nəticəsində bu gün daha üç nəfər qətlə yetirilib. Təhlükəsizlik qüvvələrinin qırmızı köynəkliləri sıxışdırıb çıxarmağa çalışdıqları şəhərin bir neçə məntəqəsində və mərkəzində atəş və partlayışların baş verdiyi deyilir. Şahidlərin dediyinə görə, güllə ilə qətlə yetirilən üç nəfərin cəsədlərinin aparıldığı qeydə alınan ərazidə əsgərlər “həqiqi güllələrdən istifadə” zonası yaradıblar.

Cümə axşamından bəri davam edən qarşıdurmalar nəticəsində 17 nəfər qətlə yetirilmiş, azı 141 nəfər yaralanmışdır. Bir neçə xarici jurnalistin də xəsarət aldığı deyilir. Qırmızı köynəklilərin lideri Jatuporn Prompan bu gün baş verənlərin “vətəndaş müharibəsini” xatırlatdığını və nümayişlərin davam edəcəyini deyib.

XS
SM
MD
LG