Accessibility links

Nümayişçilər Bankokun baş magistralını ələ keçirərək tıxac yaradıb


Tailandda on minlərlə müxalifət tərəfdarı baş nazir Yinqluk Şinavatra hökumətinın devrilməsi və fevralın 2-nə nəzərdə tutulmuş seçkilərin keçirilməsinin qarşısını alma planının bir hissəsi kimi Bankokun baş magistralını ələ keçirərək tıxac yaradıb.

Nümayişlərin əsas ticarət rayonlarında tıxaclar yaratmasına baxmayaraq, şəhərin əksər yerlərində normal həyat tərzi davam edir. Minlərlə təhlükəsizlik işçisi Tailandın paytaxtına gətirilib. Amma onlar nümayişçilərə qarşı güc tətbiq etməyib.

Baş nazir Yinqluk bir ay davam edən siyasi böhranı aradan qaldırmaq məqsədi ilə parlamenti erkən seçkilərin keçirilməsinə səs verməyə çağırıb və "milli islahat şurasının" yaradılmasını təklif edib.

Lakin müxalifət bunun kifayət etmədiyin deyib. Nümayişçilərin lideri Sutep Tauqsuban hazırki hökumətin dəyişməsi, korrupsiya və pul siyasətinin aradan qaldırılması məqsədi ilə islahatların aparılması üçün seçki yolu ilə müəyyən edilməyən “Xalq Şurası” yaradılmasına çağırıb.

Analitiklər seçkilərdə baş nazirin qalib gələcəyini proqnozlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG