Accessibility links

Tailanda nümayişçilər partiyaların qeydiyyatdan keçməsinə mane olmağa çalışıb


Tailandda minlərlə hökümət əleydarı qarşıdan gələn umumi seçkilərdə partiyaların qeydiyyatdan keçəcəyi Bankoqun seçki qeydiyyat mərkəzinin girişə mane olmağa çalışsalar da müvəffəq ola bilməyiblər.

Nümayişin lideri Sutep Tauqsuban keçən bazar günü fevralın 2-də keçiriləcək seçkilərə mane olmağa çağırıb. O, etirazçıları qeydiyyatın keçiriləcəyi Tailand-Yaponya stadionunu blokadaya almağa səfərbər edib.

Bəzi partiyalar gün doğmadan əraziyə gəlməyə nail olub. Ancaq bir neçə partiya lideri və onların tərəfdarları nümayişçilər tərəfindən geri göndərilib. Onlar yaxınlıqdakı polis məntəqəsində seçki qeydiyyatından keçiblər.

Kütləvi etirazlara baş nazir Yinqluk Şinavatranı dekabrın 9-da parlamenti buraxması və erkən seçkilərə çağırması səbəb olub. O, seçkilərdən sonra milli islahat şurasının ölkə boyu islahatlar parılacağını desə də nümayişçilər onları seçkilərdən əvvəl istədiklərini bildirib.

Nümayişçilər baş nazir Yinqluk Şinavatranın istefasını tələb edir.
XS
SM
MD
LG