Accessibility links

Tailandda etiraz aksiyaları davam edir


Banqkokda nümayişçilər höküməti devirmək üçün vergilər nazirliyinin qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Baş nazir Yinqluk Şinavatra istefa verməkdən imtina edib. O, fevralın 2-də ilkin seçkilər keçirilməsində təkid edir. Müxalif qüvvələr seçkiləri boykot edəcəyini bildirib.

Baş nazir nümayişçilərin liderini və siyasi partiyaları seçki gününü təxirə salmaq təklifini müzakirə etməyə dəvət edib. Ancaq onun əlehdarları bu təklifi rədd edib.

Nümayişçilərin lideri Sutep Tauqsuban müxalifət şurasını hazırkı höküməti əvəz etməyə çağırıb. O, hakimiyyəti rüşvətxorluq və qohumbazlıqda ittiham edib.

Tailand son illər siyasi böhranla üzləşib. Xanım Yinqluk və onun qardaşı, sabiq baş nazir Taksin Şinavatranı dəstəkləyən Banqkokun orta və elit təbəqəsi ilə kasıblar arasında münaqişə getdikcə artır.

Cənab Taksin 2006-cı ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilmişdi. Korrupsiya ittihamı və öz istəyi ilə sürgündə olmasına baxmayaraq, o, Tailandda nüfuzlu fiqur olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG