Accessibility links

Tailandın Konstitusiya məhkəməsi baş nazir Yinqluk Şinavatra və bir neçə kabinet üzvünün vəzifədən kənarlaşdırılması barədə hökm çıxardıb.

Ticarət naziri Nivatthamronq Bunsonqfaisan müvəqqəti baş nazir təyin edilib.

Banqkok məhkəməsi səs çoxluğu ilə o zaman milli təhlükəsizlik idarəsinin rəhbəri olan baş nazir Yinqlukun 2011-ci ildə özünü saxta yolla vəzifəyə təyin etdiyi haqda qərar çıxarıb. Məhkəmə təyinatın konstitusiyaya zidd olduğunu və xanım Şinavatranın bu addımı öz mənfəəti üçün atdığını bildirib.

Hakim Carun İntaçan Tailandın ilk qadın baş naziri olan xanım Yinqluka qarşı qərar çıxarıb.

Baş nazir adətən parlamentin aşağı palatası tərəfindən seçilir. Ancaq keçən il ölkədə baş verən böhranın aradan qaldırılması üçün xanım Yinqluk aşağı palatanı ləğv edərək, erkən seçkilər keçirilməsini təklif etmişdi.

Məhkəmədə özünü müdafiə edən Yinqluk məğlubiyyətini qəbul edərək, heç bir səhv iş görmədiyini deyib.

Baş naziri dəstəkləyənlər ittihamların siyasi motiv daşıdığını deyib. Tərəfdarlar xanım Yinqlukun vəzifədən kənarlaşdırıldığı təqdirdə etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Altı ay davam edən hökumət əleyhinə etirazlar zamanı onlarla insan həlak olub.
XS
SM
MD
LG