Accessibility links

Tailandda polis və hökumət əleydarı nümayişçilər bildirir ki, müxalifət gələn həftə keçiriləcək növbədənkənar seçkilər üçün səsverməni pozan zaman etirazçıların lideri güllə ilə vurularaq öldürülüb.

Rəsmilən ölən şəxsi Suthin Taratin olduğunu bildirib. Polis deyir ki, bugünkü atışma zamanı 5 nəfər isə yaralanıb.

Çoxsaylı nümayişçi bəzi səsvermə məntəqəsini mühasirəyə almağa müvəffəq olsa da, bugünkü nəticələr fevralın 2-də keçiriləcək səsvermənin nəticələrini proqnozlaşdırmağa imkan verə bilər.

Baş nazirYinqluk Şinavatra hökumət əleyhinə həftələrdir davam edən nümayişlərə son qoymaq məsədilə parlamenti buraxıb və növbədənkənar seçkilərə çağırıb. Nümayişçilər isə onun istefa verməsini və hakimiyyəti seçkisiz təyin ediləcək şuraya təhvil verməsini istəyir.
XS
SM
MD
LG