Accessibility links

Tailandda hökumət və nümayişçilər danışıqlara razıdır


Baş nazir Abhisit Veccaciva hökumət əleyhdarları Qırmızı Köynəkli nümayişçilərlə danışıqlar aparmaq istəyir

Tailand paytaxtı Banqkokda siyasi qarşıdurmanın hər iki tərəfi bildirir ki, onlar təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında daha bir qanlı insidentin baş verməsinin qarşısını almaq üçün danışıqları bərpa etmək niyyətindədirlər.

Tailand hökumətinin sözçüsünün bildirdiyinə görə, baş nazir Abhisit Veccaciva hökumət əleyhdarları Qırmızı Köynəkli nümayişçilərlə onlar qanuna tabe olduqları halda danışıqlar aparmaq istəyir.

Qırmızı Köynəklilərin lideri deyir ki, onlar da cənab Abhisitlə müzakirə aparmaq niyyətindədir.

XS
SM
MD
LG