Accessibility links

Tailandda nümayişçilərin liderləri təqib olunur

  • Asgar Asgarov

Tailandda nümayişçilərin liderləri təqib olunur

Tailandda nümayişçilərin liderləri təqib olunur

Tailandın anti-hökumət nümayişçilərinin lideri təhlükəsizlik qüvvələri onu həbs etmək məqsədilə Banqkokdakı oteli mühasirəyə aldıqdan sonra oradan qaça bilmişdir.

Tailandın anti-hökumət nümayişçilərinin lideri təhlükəsizlik qüvvələri onu həbs etmək məqsədilə Banqkokdakı oteli mühasirəyə aldıqdan sonra oradan qaça bilmişdir. Televiziyada nümayiş etdirilən kadrlar Arisman Poqruanronqun SC Park Oteldəki otağın eyvanından endiyini və tərəfdarlarının maşınında aradan çıxdığını göstərir. O, sonra yenidən əraziyə qayıdaraq maşının damı üstündə dayanmış və izdiham qarşısında nitq söyləmişdir. Qırmızı Köynəklilərin iki başqa lideri də qaçmağa nail olmuş, nümayişçilər isə iki polisi müvəqqəti olaraq saxlamışlar. Arismanın oteldən qaçmasından bir neçə saat öncə baş nazirin müavini Suthep Tauqsuban milli televiziyada polis əməliyyatını elan etmiş və nümayiş liderlərini “terrorçu” adlandırmışdır.

XS
SM
MD
LG