Accessibility links

Tailandda qırmızı köynəklilərin nümayişləri davam edir


Tailandda qırmızı köynəklilərin nümayişləri davam edir
Tailandda qırmızı köynəklilərin nümayişləri davam edir

Tailandda anti-hökumət nümayişçilər Banqkokda elan edilən fövqəladə vəziyyətə baxmayaraq artıq beşinci gündür ki, şəhər mərkəzində çadırlar quraraq nümayiş keçirir.

Tailandda anti-hökumət nümayişçilər Banqkokda elan edilən fövqəladə vəziyyətə baxmayaraq artıq beşinci gündür ki, şəhər mərkəzində çadırlar quraraq nümayiş keçirir. Qırmızı köynəklilərin liderləri cümə günü yeni nümayiş keçirilməsinə çağırır. Baş nazir Abhisit Veccaciva dünən yüzlərlə qırmızı köynəklinin parlament binasına hücum etməsindən sonra şəhərdə fövqəladə vəziyyət elan edib. Fərman təhlükəsizlik qüvvələrinə insanları ittiham olmadan həbs etməyə icazə veriri və iri nümayişlərə qadağa tətbiq edir. Lakin hökumət sözçüsü nümayişçilərə qarşı ifrat zorakılıqdan istifadə edilməyəcəyini bildirib.

XS
SM
MD
LG