Accessibility links

Tailandda İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlı iki şübhəlinin axtarışı aparılır


Tailandda İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlı iki şübhəlinin axtarışı aparılır
Tailandda İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlı iki şübhəlinin axtarışı aparılır

Tailandda İsrail diplomatlarına qarşı sui-qəsd cəhdi ilə bağlı iki şübhəlinin axtarışı aparılır. Tailand polisinin bildirdiyinə görə, Banqkokda üç iranlının həbsi həmin sui-qəsd cəhdi ilə bağlıdır. Onlardan biri Malayziyanın Kuala Lampur hava limanında ələ keçirilib. Digər ikisi isə bomba hücumundan dərhal sonra Tailandın paytaxtında nəzarət altına alınıb. Hadisə zamanı 4 adam yaralanmışdı. Polis rəisi Banqkok hücumunun Hindistan və Gürcüstanda İsrail diplomatlarını hədəf alan hücumlara bənzər olduğunu bildirib. Dehli hücumunda 4 adam xəsarət almışdı. Tbilisidə isə bomba zərərsizləşdirilmişdi.
İsrail hücumlara görə İranı ittiham edir. Tehran isə İsrailin Tailandla uzunmüddətli dostluq əlaqələrinə ziyan vurduğunu bildirir.

XS
SM
MD
LG