Accessibility links

Tailandın hərbi hökuməti etirazçıların qarşısını almaq üçün Banqkok küçələrinə minlərlə əsgər və polis yerləşdirib. Keçən ay hərbi çevrilişlə hakimiyyəti ələ keçirən orduya qarşı etirazçılar yürüş keçirməyə cəhd edir.

Mayın 22-si ordunun qan tökülmədən hərbi çevriliş nəticəsində hakimiyyətə gəlməsindən sonra hər gün olduğu kimi bu gün də nümayişçilər kiçik qruplar şəklində paytaxt küçələrində etiraz ediblər.

Amerikanın Səsinin Banqkokdakı müxbiri Stiv Hermanın məlumatına görə, etirazçılar təhlükəsizlik qüvvələrindən yayınmaq üçün social şəbəkələrdən istifadə edir.

ABŞ müdafiə naziri Çak Heyqel dünən hərbi çevriliş liderlərini dərhad saxlanılanları azad etməyə və ümumi seçkilər keçirməyə çağırıb.

Sinqapurda keçirilən Asiya təhlükəsizlik konfransında danışan cənab Heyqel hərbi xuntanı ifadə azadlığını pozmağa son qoymağa çağırıb. Hazırda ölkədə 5 nəfərdən çox adamın bir yerə toplaşmasına qadağa var və ölkə mətbuatı ciddi nəzarətə alınıb.
XS
SM
MD
LG