Accessibility links

Tailandda vətəndaşlığı olmayan insanlar problemlərlə üzləşirlər


Tailandda vətəndaşlığı olmayan insanlar problemlərlə üzləşirlər

Tailandda vətəndaşlığı olmayan insanlar problemlərlə üzləşirlər

2007-ci ildə sorğuda iştirak edənlərin yarıdan çoxunda doğum şəhadətnaməsi yoxdur

Tailan parlamentində keçirilən mərasimdə bir qrup insanın vətəndaşlığa hüquqları təsdiqlənib. DNK test onların valideyinlərinin Tailan vətəndaşları olduqlarını təstiqləyib, və indi onlar vətəndaşlıq tələb edə bilərlər. Əslən Banqkoklu Adisak Lerçumun bu acı-şirin xəbərdir. Etnik tay dotasiyalı sosial xidmətdən istifadə etmək üçün 45 il gözləyib. Onun ayağını xilas etmək artıq mümkün olmayıb.

Adisak Lerçum: "10 ildən çox müddət idi ki, ayağımda xərçəng xəstəliyi var idi. Pulum olmadığından xəstəxanaya gedə bilmirdim. Uzun müddətə müalicə ala bilmədiyimə görə mənim ayağımı kəsməli oldular."

Valideyinləri ona doğum şəhadətnaməsi almadıqlarına görə Adisakın vətəndaşlıq statusu yox idi. Hesabata görə Tailandda 300 000 etnik azlıqlar eyni vəziyyətdədirlər. Lakin Senat Tuanq Untaçay DNK testini dəstəkləyən komissiyanın rəhbəridir. O tay vətəndaşlığı verilməli insanların sayının cəmi 100 000 nəfər olduğunu deyir. Onun sözlərinə görə yerdə qalanlar cənubi Asiya ölkələrindən gələn və Tailandın sosial imtiyazlarından istifadə etməyə çalışan mühacirlərdir.

Tuanq Untaçay: "Bu insanlar müharibədən yayınmaq üçün Tailanda gələnlərdir. Bəzi qanunsuz mühacirlər Tailanda işləməyə gəlir. Digərləri isə gəlirlər lakin işləmirlər."

Doğurdan da bir çox dağ tayfa üzvləri münaqişədən və yoxsulluqdan yaxa qurtarmaq üçün Birmadan qaçırlar. Hətta bəzən onlar Birmada da vətəndaş olduqlarını sübut edə bilmirlər. Başqaları uzun müddət Tailandda yaşayırlar, lakin onlar qeydiyyata düşməyiblər. Vətəndaş olduqlarını sübut etmədən onlar nə əmlak sahibliyinə iddia edə bilər, nə işləyə bilər, nə də icazəsiz yaşadıqları kəndi tərk edə bilərlər.

Bəzilərinin dövlət xidmət orqanlarına müraciət etməyənədək vətəndaşsızlıq problemləri haqda xəbərləri belə olmur. Sonra onlar qanunda səhiyyə xidməti kimi imtiyazlar aşkar edirlər. Və bu qanunlar bir qayda olaraq şəxsiyyət sənədləri olan insanlara şamil edilir, başqalarına isə edilmir.

Tailandda vətəndaşlığı olmayan insanlar problemlərlə üzləşirlər

Tailandda vətəndaşlığı olmayan insanlar problemlərlə üzləşirlər

Vəziyyət barədə daha yaxından tanış olmaq üçün BMT Tailand rəsmiləri ilə bərabər qəbilələrdə geniş sorğular keçirməkdədir. Məlum olub ki, 2007-ci ildə sorğuda iştirak edənlərin yarıdan çoxunda doğum şəhadətnaməsi yoxdur. Vətəndaşlığı olmayan uşaqların isə başqa uşaqlar kimi təhsil almaq şansları yarıdan azdır.

XS
SM
MD
LG