Accessibility links

Tailand hökuməti müxalifətlə danışıqları rədd edib


Qırmızı köynəklilər onlara qarşı hərbi əməliyyatların dayandırılmasını təmin edən BMT-nin vasitəçiliyi ilə danışıqların aparılmasına hazırdırlar

Tailand hökuməti müxalif etirazçıların Banqkokda 3 gündür davam edən qanlı insidentlərə son qoymaq üçün BMT-nin vasitəçiliyi ilə danışıqları qəbul etmək haqda çağırşlarını rədd edib. Qırmızı köynəklər kimi tanınan müxalif fəallar deyib ki, onlara qarşı hərbi əməliyyatların dayandırılmasını təmin edən BMT-nin vasitəçiliyi ilə danışıqların aparılmasına hazırdırlar.

Bu arada, bu gün də Banqkokda iğtişaşlar davam edib. Qırmızı köynəklilər paytaxtın maliyyə mərkəzində onları əhatə edən barrikadalardakı təkərləri yandırıblar.Tailand əsgərləri iki gün öncə Qırmızı köynəkli militantlara atəş açmış, onlarsa buna evdə hazırlanmış partlayıcı maddələr və daşlarla cavab vermişdir.

XS
SM
MD
LG