Accessibility links

Tayvan rəsmilərinin bildirdiyinə görə, bu gün adanın mərkəzi bölgəsində baş verən zəlzələ 20 nəfərin yaralanmasına səbəb olub. Zəlzələnin binaları silkələdiyi, məktəb şagirdlərinin təhlükəsiz yerə göndərildiyi bildirilib.

Reuters xəbər agentliyi yerli fövqəladə rəsmilərə istinadən bildirir ki, zəlzələ nəticəsində dağılan divarın altında bir nəfər ölüb.

Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin 6.0 bal gücündə olduğunu, yerli rəsmilər isə zəlzələnin bütün adada hiss edildiyini bildirib.
XS
SM
MD
LG