Accessibility links

Tayvan zəlzələsindən sonra əlavə 2 nəfər xilas edilib


Tayvanda azı 36 nəfərin ölümü ilə nəticələnən güclü zəlzələdən iki gün sonra Taynan şəhərində uçan 17 mərtəbəli binanın dağıntıları altında sağ qalan iki nəfər xilas edilib.

Rəsmilərin dediyinə görə, bu gün xilas edilən Tso Vey-Linq adlı qadın həyat yoldaşının cəsədi altında qaldığı üçün sağ qalıb. Onların iki yaşlı oğlunun cəsədi yaxınlıqda aşkar edilib. Xilasedicilər ailənin daha beş üzvününün axtarışını davam etdirir.

Şəhər meri Ley Çinq-Ti xilas edilən ikinci şəxsin adının Li Tsan-Tin olduğu və xilas edilərkən hətta xilasedicilərlə söhbət etdiyini deyib.

Taynan şəhəri hökumət idarəsinin baş katib müavini Li Şi Çanq Amerikanın Səsinə dağıntılar altından 300 nəfərin xilas edildiyini, 100 nəfərə qədər insanın axtarışının hələ də davam etdiyini bildirib.

Bütün Tayvan boyu 16 xilasedici komanda və 500-ə yaxın ekspert zəlzələnin nəticələrinin aradan qaldırılması ilə məşğul olur. Zəlzələdən sağ qurtula bilmişç adamların tapılması üçün mühüm olan 72 saatlıq pəncərə bitmək üzrə olduğu üçün xilasedicilər intensiv səylər göstərirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG