Accessibility links

Dünyada ən unudulmaz yerlərdən biri. Təxminən incə ölçülü mərmər daşlardan tikilmiş Tac Mahal 400 ildir ki, Aqra şəhərini ziyarət edənləri valeh edir.

Kompleksin əslində kim tərəfindən dizayn edildiyi mübahis edilir. 17 əsrə təsadüf edən bu memarlıq abidəsinin Şah Cahan tərəfindən dizayn edildiyi daha inandırıcıdır. Fars, türk, hindistan və islam üslubunda inşa edilmiş məbəd Moğol memarlığının ən gözəl nümunəsi hesab edilir.

Bina həyat yoldaşının ölümündən kədərlənən Şah Cahab tərəfindən maliyələşdirilib. Şah Cahan Hindistanadək uzanan Çaqatay Türk Moğol imperiyasının beşinci hökmdarı olub.
Onun hakimiyyəti dövründə Moğol memarlığı çiçəklənirdi. Cahan şahın dövründə bir sıra dəbdəbəli abidələr yüksəldib.
Onun hərbi kampaniyaları əsasən uğursuz olmuşdur. Lakin onun səltənətində incəsənət və ədəbiyyat çox inkişaf etmişdi. Bununla o, dövlətinin ideologiyasını təbliq edirdi.
O, həm də böyük ticarət mərkəzlərinin yaranmasında və Moğolun paytaxtının Aqra şəhərindən Dehli şəhərinə köçməsində mühüm rol oynayıb.
Cahan şah 1612-ci ildə Mumtaz Mahal adlı qızla ailə həyatı qurur. Mumtaz Mahal Cahan şahın üçüncü həyat yoldaşı olur. Gözəlliyi, cazibədarlığı və mərhəmətliliyi ilə məşhur olan yeni kraliçanın Cahan şahın yanında nüfuzu var idi. Kraliça həyat yoldaşını kasıblara, kimsəsizlərə əl tutmağa həvəsləndirirdi.

1631-ci ildə Kraliça 14-cü uşağını dünyaya gətirən zaman vəfat etdikdə Cahan şah qüssələnir. Əfsanəyə görə ölüm yatağında ikən kraliça Cahan şahdan onların sevgisinin rəmzi olaraq onun məbəd inşa etdirməsini xahiş edib. Və Cahan şah dünyanın ən gözəl binalarından birini, Tac Mahal məbədini inşa etdirir.
Məqbərənin tikintisinda 20 min usta işləyib və inşasının başa catması 22 il çəkib.

19-cu əsrdə məqbərənin bərpaya ehtiyacı yaranır. Və Rac hakimiyyəti dövründə Britaniya əsgərləri və idarəçilər məqbərəni təmi etməli olur.

Təmir zamanı daşlar üzərində həkk olunmuş bəzi naxışlar pozulub.

II-ci Dünya Müharibəsi dövründə Almaniyanın hava hücumlarından ehtiyat edərək məbəd skafoldla örtülür. Xoşbəxtlikdən binaya hücum olmayır.

Hər gün təxminən 10, 15 min turistin ziyarət etdiyi, Cahan şahın sevgilisinə həsr etdiyi məbəd onun nəzərdə tutduğu kimi indiyədək dünyanı heyran etməkdə davam edir.
XS
SM
MD
LG