Accessibility links

Tacikistanda intiharçı hücumu nəticəsində iki polis işçisi həlak olub


Tacikistanda intiharçı hücumu nəticəsində iki polis işçisi həlak olub

Tacikistanda intiharçı hücumu nəticəsində iki polis işçisi həlak olub

Tacikistan prezidenti İmomali Raxmonov təhlükəsizlik şurasının sədri Amirkul Əzimovu bomba hücumunun araşdırılması üçün dövlət komissiyasının başçısı təyin edib

Tacikistan rəsmiləri bildirirlər ki, bu gün ölkənin ikinci böyük şəhəri olan Xocənddə intihar hücumu nəticəsində iki polis zabiti həlak olub, 25 nəfər yaralanıb. Rəsmilərin sözlərinə görə, intiharçı içində bomba olan maşını polis stansiyasına sürüb. Partlayış nəticəsində mütəşəkkil cinayətlə mübarizə idarəsinin yerləşdiyi bina yanmağa başlayıb. Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bununla belə, daxili işlər nazirliyinin rəsmiləri hücumun Əl-Qaidə ilə əlaqəsi olan Özbəkistanın İslam Hərəkatı tərəfindən həyata keçirildiyinə inandıqlarını bildirirlər. Tacikistan prezidenti İmomali Raxmonov təhlükəsizlik şurasının sədri Amirkul Əzimovu bomba hücumunu araşdıran dövlət komissiyasının başçısı təyin edib.

XS
SM
MD
LG