Accessibility links

Tacikistan radikalizmdən ehtiyat edərək Əfqanıstanla sərhədi bağlayır

  • Amerikanın səsi

Tacikistan radikalizmdən ehtiyat edərək Əfqanıstanla sərhədi bağlayır

Tacikistan radikalizmdən ehtiyat edərək Əfqanıstanla sərhədi bağlayır

Əfqanıstanda qeyri-sabitliyin artması talibançı ekstremizmin Mərkəzi Asiyaya yayıla bilməsinin qarşısını almaq üçün addım kimi qiymətləndirilir

Tacikistan radikalizmin yayılmaması məqsədilə Əfqanıstanla sərhəddi bağlayır.

Paytaxt Düşənbədən Əfqanıstan sərhəddinə qədər yol boyu pambıq tarlaları uzanır.

Lakin burada başqa mənzərəni də müşahidə etmək olar. Tacikistanın xüsusi təyinatlı qüvvələri bu ərazidə təlim keçir. Rusiyanın ölkədən xaricdə 6 min nəfərdən ibarət ən böyük əsgəri qüvvəsi də Tacikistan-Əfqanıstan sərhəddi yaxınlığındakı bazada yerləşir.

Sərhəddəki çayın bir kilometrliyində amerikalılar 40 milyon dollara başa gələn Panji Poyon körpüsünü salıb. Polis burada maşınları saxlayıb, şəkil çəkməyə imkan vermir.

Taciklərin çoxu bu regionda Tacikistanın özündə deyil, çayın o tərəfində, Əfqanıstanda yaşayır. Tacikistan tərəfdə bütün yol ayırıcları bağlıdır.

Düşənbədə Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Sayfullo Safarov vəziyyəti şərh edir. “Narkotiklərin gətirilməməsi üçün Əfqanıstanla sərhəddin bağlı olmasını istəyirik”-deyə o bildirir.

Lakin blogger Səfər Abdullayev deyir ki, müsəlmanların əksəriyyət təşkil etdiyi ölkədə narkotiklərdən istifadə edənlərin sayı çox deyil. Əsl təhlükə onun sözlərilə, islam radikalizmidir. “Əfqanıstandan Tacikistan və Mərkəzi Asiya üçün yalnız bir təhlükə var. Bu, nə hərbi, nə də narkotiklərlə bağlı təhlükədir. Əsl təhlükə ideyalardır. Burada kök sala bilən radikal ideyalar”-deyə o bildirir.

Tacikistan sentyabr ayında taliban intiharçı Əfqanıstanda yaşayan səkkiz milyon tacikin de-fakto lideri hesab edilən Burhanəddin Rəbbanini öldürdükdən sonra silkələndi.

Əfqanıstanın keçmiş prezidenti olmuş Rəbbani Talibanla sülh danışıqlarına başçılıq edirdi. O, Düşənbədə qatılacağı iclasdan dörd gün əvvəl qətlə yetirilmişdi.

Düşənbədə Əfqanıstana dair konfransda danışan Əfqanıstanın səfiri Əbdül Qafur kənar qüvvələri günahlandırıb. “Əfqanıstanın keçmiş prezidenti Rəbbaninin qətli bir daha göstərir ki, regionda kənar qüvvələr Əfqanıstanda sülh və sabitliyə qarşı çıxaraq, terrorizm və ekstremizmi dəstəkləyir. Əfqanıstanda taciklər, puştular və bəluclar sülh istəyir”-deyə o bildirir.

Lakin bəzi təhlilçilər Əfqanıstanda tarixin təkrar ola biləcəyini düşünür. 1990-cı illərdə cənab Rəbbani Şimali Alyansın lideri olmuşdur. İndi Taliban əleyhdarı koalisiyanın yenidən təşkilatlandığı xəbər verilir.

İsmoil Raxmatov Düşənbədə müəllimdir. “Şimali Alyans çox güclüdür. O, hökumətdə və müdafiə naziriliyində böyük qüvvə təşkil edir. Əfqanıstanda çoxları-puştulardan başqa, xəzərilər, taciklər və özbəklər Şimali Alyansı dəstəkləyir”-deyə o bildirir.

Birləşmiş Ştatlar Əfqanıstandan hərbi qüvvələrini çıxarmağa hazırlaşdığı vaxt Tacikistanın dövlət sərhədlərinin qorunması prioritet məsələyə çevrilir.

Sərhəddin bağlanması hər iki tərəfdə tacikləri bir-birindən ayırır. Lakin Əfqanıstanda qeyri-sabitliyin artması talibansayağı ekstremizmin Mərkəzi Asiyaya yayıla bilməsinin qarşısını almaq üçün addım kimi qiymətləndirilir.

XS
SM
MD
LG